Vakansiya haqqında
DOST Agropark MMC Baş aqronom vakansiyasını elan edir. TəsvirBitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasının təşkili və icrasına nəzarət etmək;Yüksək məhsuldarlığın əldə olunması üçün təcrübə əkinlərinin təşkili və effektiv üsullardan istifadə etmək;Növbəli əkin sisteminin tətbiqi, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, məhsuldarlığın və torpağın münbitliyinin artırılması üçün lazımi tədbirləri görülməsini təşkil etmək;Aqrotexniki tədbirlər planın hazırlanması və plan üzrə işlərin həyata keçirilməsini təşkil etmək;Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə işlərini planlaşdırılması və icrasına nəzarət etmək;Torpağın məhsuldarlığının artırılması, təbii torpaqların yaxşılaşdırılması və eroziyadan qorunması üçün tədbirləri həyata keçirmək;Əkin planına uyğun toxum, gübrə və bitki mühafizə vasitələrinə olan ehtiyacın vaxtında təmin edilməsi üçün sifarişlərin yaradılmasını təmin etmək;Məhsuldarlığın artırılması məqsədi ilə torpaq nümunələrinin laboratoriya yoxlanışını təmin edirYem bitkilərinin əkininin planlaşdırılması və həyata keçirilməsini təmin etmək;Suvarma ehtiyacının müəyyən edilməsi, suvarmanın təşkili və suvarma qurğularının işinə nəzarət və s;TələblərAli təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə arzu olunandır);Aqronomluq üzrə 5 ildən az olmayaraq (3 ili baş aqronom kimi olmaqla) iş təcrübəsi (Tarla bitkiləri üzrə)1C və MS Office proqramlarında işləmək bacarığı;İdarəetmə bacarığı, güclü ünsiyyət qabiliyyəti; Əlavə məlumat İş yeri: Zəngilanİş qrafiki: 6 günlük iş rejimi ( həftə 40 saatdan çox olmayaraq)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
