Vakansiya haqqında
Təsvir· İddia məktublarının, müqavilələrin (kredit, depozit, zəmanət və s.) və bankdaxili metodoloji sənədlərin (qayda, metodika, təlimat və s.) araşdırılması;· Bank əməliyyatları və biznes fəaliyyəti (o cümlədən kredit fəaliyyəti) ilə bağlı müqavilə və razılaşmaların standart formalarının (azərbaycan və rus dillərində) hazırlanması və razılaşdırılması;· Daxili sənədlərin hüquqi təhlili və qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi;· Normativ hüquqi aktlarla işləmək, qanunvericilikdəki dəyişikliklərin monitorinqi və onların təhlili əsasında bankın daxili sənədlərinin vaxtında yenilənməsini təmin etmək.Tələblər· Ali hüquq təhsili;· Maliyyə və ya bank hüququ sahəsində ən azı 1 il iş təcrübəsi (arzuolunandır);· Mülki Məcəllə, bank qanunvericiliyi və maliyyə sahəsini tənzimləyən normativ hüquqi aktlar haqqında biliklər;· Hüquqi və metodoloji sənədlərlə işləmək bacarığı;· Rus dilini sərbəst bilmək (ingilis dili biliyi üstünlük sayılır);· Diqqətlilik, analitik düşüncə qabiliyyəti;· Müxtəlif struktur bölmələrlə ünsiyyət və əməkdaşlıq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
