Vakansiya haqqında
Vakansiya: Bakıda yerləşən Səfirliklərin birində İnzibati assistent (köməkçi)Əmək haqqı yüksəkdir Vəzifə təsviri:İnzibati assistent kimi siz aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz: − Dəftərxananın gündəlik işlərinin təşkilində və bütün tərəfdaşlarla əlaqələrində dəstək göstərilməsi− Səfirlik üçün müxtəlif xidmət təminatçıları üzrə operativ və effektiv şəkildə araşdırmanın aparılması və müqayisələrin hazırlanması− Müqavilə və fakturaların tərcüməsi − Mühasibat və inzibati yazışmaların işlənməsi − Mühasiblə birlikdə maliyyə sənədlərinin idarə olunması − Görüşlərin təşkili və proqramların koordinasiyası, səfərlərin idarə olunması, qonaqların qarşılanması, rezervasiyalar və s. − Komanda ilə əməkdaşlıq şəraitində işləmək. Tələblər:− Ali təhsil diplomu− Minimum 4 il iş təcrübəsi, üstünlük bu sahəyə uyğun vəzifələrdə çalışanlara veriləcək − Azərbaycan dilini mükəmməl bilmək, əlavə olaraq ingilis dilində yüksək səviyyədə bilmək. Rus dili əlavə üstünlükdür. Tələb olunan keyfiyyətlər:− Öyrənməyə həvəsli olmaq − Təşkilatçılıq bacarığı, dəqiqlik və təzyiq altında işləmə qabiliyyəti − Yardım etməyə hazırlıq − Bir neçə tapşırıqları yerinə yetirmə bacarığı − Tam məxfilik və etibarlılıq − Yaxşı ünsiyyət bacarığı və komanda ilə işləmək bacarığı − Təşəbbüskar olmaq − Güclü motivasiya
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
