Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Backend Developer

BakıMənbə: Work.az

Vakansiya haqqında

Şirkət haqqında"Cybernet" MMC — proqram təminatının işlənməsi, sistem arxitekturası və İT infrastrukturu sahəsində ixtisaslaşmış aparıcı Azərbaycan İT şirkətidir. Şirkət dövlət sektoru, telekommunikasiya və biznes qurumları üçün korporativ idarəetmə, maliyyə və biznes proseslərinin avtomatlaşdırılması üzrə həllər təqdim edir. Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına əhəmiyyətli töhfə verən Cybernet MMC-də 300-dən çox yüksək ixtisaslı mütəxəssis çalışır. Vəzifə haqqındaStrateji rəqəmsal layihələrimizin inkişafında bizimlə birlikdə yer alacaq və komandaya dəyər qatacaq Backend Developer axtarırıq. Əsas öhdəliklər:Proqram təminatının arxitekturası, məlumat modeli və texniki dizaynının müəyyən edilməsində iştirak etmək;Proqram təminatının hazırlanması və sistem təkmilləşdirilmələrini həyata keçirmək;Proqram təminatında yaranan xətaların köklü səbəblərini müəyyən etmək və aradan qaldırmaq;Proqram təminatı ilə əlaqəli texniki sorğuları cavablandırmaq;Öz iş sahəsi üzrə inkişafın və proseslərin optimallaşdırılmasını təmin etmək;Layihələrdə müəyyən edilmiş standartlara və daxili proseslərə uyğunlaşmaq;Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq.Əsas tələblər:Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində);Proqramçı vəzifəsində ən azı 3 il iş təcrübəsi;İngilis və Rus dili – yaxşı səviyyədə;Alqoritmləşdirmə bacarığı, OOP, SOLID prinsipləri, Design Patterns, Clean code;Dillər: Java, SQL, PL/SQL;Framework/ORM: J2EE, Spring Boot, MyBatis;Verilənlər bazası: Oracle, PostgreSQL, Redis;Mesaj broker / Streaming: Kafka;API/Arxitektura: Swagger/OpenAPI, Mikroservis, BPMN;Container/DevOps: Docker, Kubernetes (K8s), Git, Maven, CI/CD, Liquibase;Logging/Monitoring/Test: EFK, JUnit, Mockito, SonarQube;Metodologiya: Agile/Scrum;Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı;Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı;Təhlil və problem həll etmə bacarıqları;Nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.