Vakansiya haqqında
Rezneed satış komandasını genişləndirirRezneed Azərbaycanda yaradılmış onlayn rezervasiya və biznes idarəetmə proqramıdır. Gözəllik salonları, bərbərxanalar, estetik və stomatoloji klinikalar, SPA və studiyalar rezervasiya, müştəri bazası, WhatsApp xatırlatmaları, kassa, anbar və hesabatları bir proqramda aparır. Bu gün 790-dan çox filial Rezneed-dən istifadə edir, sistemdə 240 000-dən çox rezervasiya idarə olunub. Bütün bunları 10 nəfərlik peşəkar komanda qurur və idarə edir.Biz biznes sahibləri ilə danışmağı sevən, öyrənməyə hazır satış mütəxəssisi axtarırıq. Təcrübəniz azdırsa narahat olmayın: işin bütün incəliklərini peşəkar satış mütəxəssisi sizə yüksək səviyyədə öyrədəcək.Vəzifələr:Salon, klinika və studiyalara mütəmadi olaraq yerində görüşə getmək, Rezneed-i canlı təqdim etməkBiznes sahibləri ilə telefon və WhatsApp vasitəsilə əlaqə qurmaqSaytdan və sosial şəbəkələrdən gələn müraciətləri cavablandırmaqRusdilli və xarici müştərilərlə əlaqə saxlamaq45 günlük pulsuz sınaq müddətində müştəriləri izləmək və ödənişli plana keçidə kömək etməkMüştəri bazasını və satış mərhələlərini CRM-də səliqəli aparmaqMüştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaqTələblər:Ərazidə işləməyə hazır olmaq: şəhər üzrə müştərilərlə daimi görüşlərə gedə bilməkRus dilini yaxşı bilmək (xarici müştərilərlə əlaqə üçün vacibdir)Azərbaycan dilində sərbəst və səliqəli ünsiyyətİnsanlarla danışmaqdan çəkinməmək, “yox” cavabından ruhdan düşməməkKompüter və smartfondan rahat istifadəMəsuliyyət, dəqiqlik və nəticəyə yönəlməkSatış təcrübəsi üstünlükdür, amma şərt deyilTəklif edirik:Aylıq maaş 450–700 AZNPerformansa görə əmək haqqının sürətli artımıBütün yol və yemək xərcləri şirkət tərəfindən ödənilirPeşəkar satış mütəxəssisi tərəfindən yüksək səviyyəli təlimlər10 nəfərlik peşəkar və dəstəkləyən komandaSürətlə böyüyən yerli texnologiya şirkətində karyera qurmaq imkanıMaraqlanırsınızsa, CV-nizi “Satış üzrə mütəxəssis” başlığı ilə admin@rezneed.com ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
