Vakansiya haqqında
Hazırda şirkətimizə Avtoyükləyici operatoru tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər: · Sahə üzrə 3 il iş təcrübəsi· Avtoyükləyici idarəetmə bacarığı· Avtoyükləyici operatoru sertifikatıTələb olunan kompetensiyalar:· Müştəriyönümlülük· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma· Bütövlük· YenilikçilikƏsas vəzifə və öhdəliklər:Avtoyükləyici maşının planlı olaraq yoxlanılması və təmizliyinin təmin edilməsi. Baş verən nasazlıqla bağlı bişbaşa rəhbərin məlumatlandırılması;Yüklərin təhlükəsiz və vaxtında daşıma, yükləmə işlərinin yerinə yetirilməsi;Paketləmə avadanlığından (palletizer) çıxan sement yüklü paletlərin daşınması, yük maşınına verilən plana uyğun yüklənməsi və boşaldılması;Yükləmə və boşaltma işinin paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;Sahədə öncədən səliqə ilə yığılmış tullantıların ayrılmış bölgəyə daşınması;Ehtiyac olduqda zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi;Yükləmə zamanı meydana gələ biləcək yırtılmış paketlərin ayrılması;Texnikanın servisi zamanı problemlərin ətraflı izah edilməsi və təmir işlərinə nəzarət;Təmir məntəqəsində texnikaların mexaniki-texniki təmir işlərində köməklik/dəstək göstərilməsi;Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.İmtiyazlar:· Könüllü tibbi sığorta· Servis avtobusu· Şəxsi və peşəkar inkişaf imkanları· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri· Digər imtiyazlarCV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.CV-lərin təqdim olunması üçün son tarix: 30.04.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
