Vakansiya haqqında
TəsvirYüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsini icra etmək;Avtokarı təhlükəsiz və səmərəli idarə etmək:İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək;Təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;Aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəhbərinə məlumat vermək;Əməyin təhlükəsizliyi üzrə qaydalara uyğun fəaliyyət göstərmək;İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;Avtokarı kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək.TələblərOrta və ya orta-ixtisas təhsili;Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;Təhlükəsizlik qaydalarını bilməli;Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlara sahib olmalı;Avtoyükləyici ilə görüləcək iş üçün avtoyükləyicini idarə etmək hüququnu verən xüsusi sertifikat və vəsiqə arzu olunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
