Vakansiya haqqında
📍Nexia Azerbaijan Audit Təcrübə Proqramına namizədlər qəbul edir.Karyeranı audit sahəsində qurmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək istəyən yeni məzunları komandamıza qoşulmağa dəvət edirik.Qeyd: Təcrübə proqramı tam ödənişlidir və iştirakçılarla Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır.İş təsviriBeynəlxalq Audit Standartlarına (ISA) uyğun audit layihələrində audit komandasına dəstək göstərmək;Müştərilərin maliyyə hesabatlarının hazırlanması və yoxlanılması prosesində dəstək göstərmək;Digər peşəkar xidmət layihələrində dəstək göstərmək;Audit zamanı yaranan məsələlərin araşdırılmasında komanda üzvlərinə kömək etmək;Komandanın gündəlik fəaliyyətində və digər tapşırıqların icrasında aktiv iştirak etmək.TələblərMaliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes ixtisası üzrə məzun ;Azərbaycan dillində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;Komandada işləmək və öyrənməyə həvəsli olmaq;Məsuliyyətli, təşəbbüskar və operativ işləmək bacarığı;Ezamiyyətlərdə iştirak etməyə hazır olmaq;Tam iş qrafiki ilə işləmək və zərurət olduqda əlavə iş saatlarında işləməyə hazır olmaq.Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
