Vakansiya haqqında
AŞPAZ – KƏLBƏCƏRCatering 145 Group Kəlbəcər layihəsi üçün təcrübəli aşpazlar dəvət edir.Vəzifə öhdəlikləri:Yeməklərin catering standartlarına və təsdiq olunmuş menyuya uyğun hazırlanması; Mətbəxdə gündəlik hazırlıq, bişirmə və təqdimat proseslərinin həyata keçirilməsi; Ərzaq və xammaldan düzgün, səmərəli və qənaətli istifadə edilməsi; Yeməklərin müəyyən edilmiş vaxt çərçivəsində və tələb olunan keyfiyyətdə hazırlanmasının təmin olunması; Mətbəx avadanlıqlarından təhlükəsiz və düzgün istifadə edilməsi; Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına ciddi riayət olunması; İş sahəsinin, mətbəx avadanlıqlarının və istifadə olunan inventarların təmiz və səliqəli saxlanılması; Ərzaqların saxlanma qaydalarına və məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi; Mətbəx komandası ilə koordinasiyalı və operativ işlənilməsi; Rəhbərlik tərəfindən verilən digər mətbəx işlərinin yerinə yetirilməsi. Namizədə tələblər:Aşpaz vəzifəsində iş təcrübəsi; Catering, yeməkxana və ya böyük həcmli iaşə obyektlərində iş təcrübəsi arzuolunandır; Məsuliyyətli, intizamlı və çevik olmaq; Komandada işləmək bacarığı; Qida təhlükəsizliyi və gigiyena qaydaları barədə məlumatlı olmaq; Uzaq ərazidə növbəli iş rejimində işləməyə uyğun olmaq. İş yeri: Kəlbəcər rayonu Əməkhaqqı: 900–1000 AZN İş qrafiki: 24 gün iş / 7 gün istirahətQalmaq: İşçilər üçün qalmağa yer təmin olunur.Qidalanma: İşçi qidalanma ilə təmin olunur.Yol xərcləri: İş yerinə gediş-gəlişlə bağlı yol xərcləri qarşılanır. Yaş aralığı: 25–55 yaş arası bəy namizədlərQeyd: Kəlbəcər rayonunda işləməyə və layihə şəraitində qalmağa uyğun namizədlərə üstünlük verilir.Müraciət etmək istəyən namizədlər 055 400 01 45 nömrəsinə yalnız yazılı şəkildə müraciət edə bilərlər.📞 Müraciətlərə həftəiçi 09:00–18:00 saatlarında cavab veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
