Vakansiya haqqında
ABV.AZ komandası maliyyə sənədlərinin düzgün sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsini təmin edəcək Arxivçi axtarır.Vəzifə öhdəlikləri:Maliyyə sənədlərinin qəbulunu, uçotunu, sistemləşdirilməsini və arxivləşdirilməsini həyata keçirmək;Fiziki və elektron arxivlərin təşkili və idarə olunmasını təmin etmək;Sənədlərin skan edilməsi və rəqəmsallaşdırılmasını həyata keçirmək;Arxiv sənədlərinin məxfiliyini və təhlükəsizliyini təmin etmək;Sənədlərin saxlanma müddətlərinə və arxiv vəziyyətinə nəzarət etmək;Arxiv üzrə tələb olunan hesabatları hazırlamaq;Daxili prosedurlara və qanunvericiliyin tələblərinə riayət etmək.Tələblər:Ali və ya orta ixtisas təhsili;Arxiv, kargüzarlıq və ya sənədləşmə sahəsində iş təcrübəsi üstünlükdür;MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;Səliqəlilik, diqqətlilik və məsuliyyətlilik;Sənədlərlə sistemli işləmək və məxfi məlumatları qorumaq bacarığı.Biz təklif edirik:İş saatları: Bazar ertəsi – Cümə, 09:00–18:00;Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur;Azərbaycan Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;Peşəkar və dəstəkləyici iş mühiti.CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Arxivçi”başlığı ilə göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
