Vakansiya haqqında
Uğurlu karyera düzgün təməldən başlayır.ARDNF-də Yay Təcrübə Proqramı elan olunur!Təcrübə proqramına bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan, 2025-ci ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar müraciət edə bilərlər.📈 Proqramın üstünlükləri:Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq fürsəti.Proqramın müddəti: iyun-iyul, 2026 (ödənişsizdir).Müraciət üçün son tarix: 11 may 2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
