Vakansiya haqqında
TəsvirBitkilərin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edir;Rayon bitki mühafizə stansiyalarının nümayəndələri ilə birlikdə kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərin sıxlıq dinamikasını və yayılmasını təyin edir;Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verir; Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələri təyin edir, yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan tələbatı müəyyən edir;Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlayır və işlərin görülməsini təmin edir; Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsini təşkil edir və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsini təmin edir, sınaqdan keçmiş preparatların tətbiqini həyata keçirir; Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsini həyata keçirir;Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edir; TələblərMüvafiq sahə üzrə ali təhsil;Müvafiq sahə üzrə iş stajı;Microsoft Office (Word, Excel, Power Point), 1C 8.3 ERP proqramlarında işləmək;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
