Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Aparıcı UX/UI Dizayner

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirRəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsulların yaradılması və inkişafı;Maraqlı tərəflərin (Stakeholder) təkliflərini təhlil etmək, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək;İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə və fokus qrupları ilə toplayaraq, məhsulun inkişafını istiqamətləndirmək və yeni imkanları müəyyən etmək;İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək;İnformasiya arxitekturalarını hazırlamaq;İstifadəçi təcrübəsini daim analiz edib, onu yaxşılaşdırmaq üçün addımlar atmaq;Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək;Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək;Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək;Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək.TələblərMəhsul dizaynı, istifadəçi təcrübəsi (UX) və interfeysinin yaradılması (UI) sahəsində 3 illik təcrübə;Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;Məhsul və funksionallıq göstəricilərinin (metrics) təyin edilməsi və bu göstəricilərin izlənməsi sahəsində təcrübə;İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində geniş biliklər;Dizayn həllərini data əsaslı (Data-driven) qərar verərək hazırlamaq bacarığı;Komandaya dizayn layihələrində dəstək olaraq, istifadəçi təcrübəsini artırmağa kömək etmək;Dizayn sistemi üzrə nəzəri biliklərə sahib olmaq, komponentlərin istifadəsi və inkişafı istiqamətində təcrübə;Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq.Figma, Maze, Hotjar, Jira, Confluence kimi alətlərlə işləmək;Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi;Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq;Front-end proqramlaşdırma biliklərinin olması üstünlükdür (HTML, CSS);Minimal olaraq “Intermediate" səviyyəsində İngilis dili.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.