Vakansiya haqqında
Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən Arkan İnnovations MMC-də hal hazırda “Aparıcı Mühasib" vakansiyası mövcuddur Əsas vəzifə öhdəlikləri:• Müəssisədə mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;• İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və sistemləşdirilməsi;• Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;• Kassa və bank əməliyyatlarının uçotunun aparılması;• Debitor və kreditor borclarının uçotu və nəzarətdə saxlanılması;• Əməkhaqqı və əməkhaqqı ilə bağlı hesablamaların aparılması;• Vergi, sosial sığorta və digər məcburi ödənişlər üzrə hesablamaların aparılması;• E-qaimə, hesab-faktura və digər mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;• Vergi və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;• Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;• Aylıq, rüblük və illik maliyyə və mühasibat hesabatlarının hazırlanmasında iştirak etmək;• Mühasibat sənədlərinin düzgünlüyünə və arxivləşdirilməsinə nəzarət etmək• Audit və yoxlamalar zamanı tələb olunan məlumat və sənədlərin hazırlanması;• Mühasibat uçotu üzrə digər cari işlərin həyata keçirilməsi.Namizəddən tələblər:• Ali təhsil – mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə;• Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;• Mühasibat uçotunun bütün əsas istiqamətləri üzrə praktiki bilik və iş təcrübəsi;• Vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;• Vergi və mühasibat hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;• E-qaimə, elektron vergi sistemi və digər elektron mühasibat platformaları ilə işləmək bacarığı;• 1C və digər mühasibat proqramları ilə işləmək bacarığı;• MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;• Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;• Detallara diqqət, dəqiqlik və məsuliyyətlilik;• Müstəqil işləmək və problemləri operativ həll etmək bacarığı. İş şərtləri:İş qrafiki: 09:00–18:00 (5 günlük)Əmək haqqı: Razılaşma yolu ilə İş yeri: Xətai rayonu Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Aparıcı Mühasib” adını mövzu hissəsinə qeyd etməklə Ziyaddin.Jangarazada@arkan.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
