Vakansiya haqqında
📍Azerbaijan Automobiles İş barədə məlumat:Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədlərinə, maliyyə-iqtisadi əməliyyatlara və departament daxilində aparılan bütün əməliyyat və sənədləşmə işlərinə nəzarətin həyata keçirilməsi;Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması və qeydiyyatının düzgün təşkili;Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;Debitor və kreditorlarla mütəmadi üzləşmələrin aparılması və fərqlərin aradan qaldırılması;1C mühasibat proqramından yüksək səviyyədə istifadə edilməsi;Şirkətin maliyyə vəziyyəti barədə daim məlumatlı olmaq, riskləri müəyyən etmək və onların qarşısının alınması üçün tədbirlərin görülməsi;Mal hərəkətinin uçotu və inventarizasiyasının aparılması, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarına nəzarət edilməsi;Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərin uçotunun aparılması;ƏDV, mənfəət və vahid bəyannamələrin, eləcə də statistika hesabatlarının hazırlanması və Baş mühasibə təqdim edilməsi;Bütün hesabatların düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi.İş qrafiki: Həftə içi 6 günİş ünvanı: Bakı, Babək prospekti. Namizədə tələblər:Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklərBütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsiMüraciət etmə qaydaları:CV Mövzu sətrində “Aparıcı Mühasib” qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidi;Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
