Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vakansiyalar

Aparıcı Maliyyə Analitiki (Büdcə və Nəzarət) Mingəçevir

MingəçevirMənbə: Work.az

Vakansiya haqqında

TəsvirCəmiyyətin illik büdcəsinin hazırlanması, konsolidasiyası və icrasına nəzarət etmək;Aylıq, rüblük və illik büdcə icra göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək;Faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlilini həyata keçirmək;Büdcədən kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq;Şirkətin struktur bölmələri üzrə büdcə planlaması prosesini koordinasiya etmək;Əməliyyat və investisiya xərclərinin monitorinqini və maliyyə nəzarətini həyata keçirmək;Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində təhlillər aparmaq və təkliflər vermək;Aylıq idarəetmə hesabatlarını, maliyyə təhlillərini və performans göstəricilərini hazırlamaq;Pul vəsaitlərinin hərəkəti, gəlirlik, rentabellik və xərc göstəriciləri üzrə təhlillər aparmaq;Maliyyə proqnozlarının hazırlanmasında və yenilənməsində iştirak etmək;Maliyyə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq;ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət etmək və analitik məlumat bazalarının formalaşdırılmasını təmin etmək;Audit, büdcə və maliyyə yoxlamaları zamanı tələb olunan məlumat və hesabatları təqdim etmək;Şirkətdə tətbiq olunan maliyyə siyasətlərinə, prosedurlara və daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək;Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.TələblərMaliyyə, İqtisadiyyat, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;Maliyyə analitikası, büdcələmə, maliyyə planlaşdırılması və ya maliyyə nəzarəti sahəsində minimum 5 il iş təcrübəsi;İstehsalat, aqrar, tekstil və ya iri korporativ strukturlarda iş təcrübəsi üstünlükdür;ACCA, CIMA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;IFRS bilikləri;Büdcələmə, planlama, maliyyə modelləşdirilməsi və maliyyə təhlili üzrə biliklər;İdarəetmə hesabatlarının hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə təcrübə;Xərc uçotu, xərc nəzarəti və maliyyə performansının qiymətləndirilməsi üzrə biliklər;ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə işləmək bacarığı;MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;Power BI və ya digər analitik hesabat platformaları üzrə biliklər üstünlükdür;Maliyyə risklərinin qiymətləndirilməsi və daxili nəzarət mexanizmləri üzrə biliklər;Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma;Güclü təqdimat və ünsiyyət bacarıqları;Məxfi məlumatlarla işləmək və etik davranış prinsiplərinə riayət etmək bacarığı;Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.