Vakansiya haqqında
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.İş şəraiti:Struktur: Daxili Audit DepartamentiBirbaşa rəhbər: Daxili Audit Meneceriİş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəziİş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);Vəzifə öhdəlikləri:İllik audit planına əsasən daxili audit yoxlamalarının həyata keçirilməsi;Audit layihələri üzrə risk əsaslı audit planlarının hazırlanması və audit prosedurlarının icrası;Komanda üzvü qismində səmərəli çalışması, öhdəliklərin bölüşülməsi, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparılması;Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatları toplayaraq analiz edilməsi;Kiçik auditorların işlərinin yönləndirilməsi, metodoloji dəstək və inkişaflarının təmin edilməsi;Əməliyyat, maliyyə və uyğunluq auditlərinin aparılması;İstehsalalat proseslərinin, məhsuldarlıq göstəricilərinin və itkilərin təhlili;Resurslardan (torpaq, gübrə, toxum, texnika və s.) istifadə səmərəliliyinin qiymətləndirilməsi;Müəyyən edilmiş uyğunsuzluqlar və risklər üzrə tövsiyələrin hazırlanması və icrasına nəzarət;Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi;Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirilməsi.Vəzifə tələbləri:Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;Müvafiq sahədə minimum 2-3 ilə iş təcrübəsi;ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;Kommunikasiya və təqdimat bacarıqları;Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.Biz təklif edirik:Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;Korporativ tibbi sığorta paketi;Peşəkar və liderlik inkişaf proqramları;Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Aparıcı Auditor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
