Vakansiya haqqında
TəsvirKredit müraciətlərinin təhlili: müştərinin maliyyə vəziyyəti, gəlir-xərc balansı, DSCR, NPM, borc göstəriciləri və kredit tarixçəsinin araşdırılması;Təqdim olunan girov təminatlarının hüquqi və maliyyə baxımından analiz olunması;Kredit limiti və ödəmə şərtlərinin müəyyən edilməsi;Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və qiymətləndirilməsi;Kredit qərarlarının Bankın daxili qaydalarına və Mərkəzi Bankın normativ sənədlərinə uyğun hazırlanması;Kredit portfeli üzrə davamlı monitorinq və erkən xəbərdarlıq siqnallarının (EWS) izlənilməsi;Satış və RM komandası ilə sıx əməkdaşlıq – mürəkkəb və qeyri-standart kreditlərin strukturlaşdırılmasında iştirak;Kredit proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi üzrə layihələrdə iştirak;Problemli müştərilərin erkən mərhələdə aşkar edilməsi və risk eskalasiyasının təşəbbüsü.TələblərMaliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;Anlayışlı və sistemli təhlil aparmaq bacarığı;Kredit təhlili, risk göstəriciləri və maliyyə nisbətləri üzrə biliklər (DSCR, ICR, Debt/Equity və s.);Bank sektorunda, kredit risklərinin idarə olunması və/və ya kredit təhlili sahəsində ən azı 1 il iş təcrübəsi;Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dili üstünlükdür);Microsoft Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;ERP/CRM sistemlərində və ya analitik alətlərlə işləmə təcrübəsi üstünlük sayılır;Məsuliyyətli, detallara diqqətli və vaxtında qərarvermə bacarığı olan şəxs.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
