Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzProtein Foods Group MMC

Anbar operatoru

BakıMənbə: Work.az

Vakansiya haqqında

“Az Protein Foods Group” MMC Anbar operatoru vəzifəsi üzrə vakansiya elan edir. Namizədə Tələblər:· Orta təhsil;· Anbar sahəsində iş təcrübəsi arzuolunandır;· Kompüter biliklərinin olması (1C biliyi üstünlükdür);· Fiziki işə uyğun olmaq;· Məsuliyyətli və intizamlı olmaq;· Komandada işləmək bacarığı.Vəzifə öhdəlikləri:- Yüklərin, xammalın və mal-materialların anbara qəbulu və təhvil verilməsi;- Yükləmə-boşaltma və yükdaşıma işlərinin həyata keçirilməsi;- Qəbul zamanı faktiki miqdarın, yer sayının və çəkisinin yoxlanılması;- Qablaşdırmanın, plomb və möhürlərin bütövlüyünün və markalanmanın düzgünlüyünün yoxlanılması;- Qəbul edilən məhsulların anbar daxilində xüsusiyyətlərinə uyğun şəkildə yerləşdirilməsi;- Sənədləri qaydasında olan məhsulların qəbul edilməsi;- Məhsulların sifarişə əsasən təhvilə hazırlanması;- Anbar daxilində məhsulların daşınması və yığılması;- Anbarın səliqəli və təmiz saxlanılmasını təmin etmək;- Sayım və inventarizasiya işlərində iştirak etmək;- Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət etmək;- Rəhbər tərəfindən verilən gündəlik tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Əmək haqqı: 700-800 manat.İş qrafiki: 6 günlük.Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur. Namizədlərdən müraciətlərini vakansiyanın adı qeyd olunmaqla +994512135375 nömrəsinin WhatApp-na göndərmələri/yazmaları xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.