Vakansiya haqqında
TəsvirAnbara daxil və anbardan xaric olan mal-materialın, təkərlərin, mator yağlarının, sürtkü yağlarının, eləcə də pambıq becərməsində lazım olan zəhərli dərmanların boşaldılması və ya yüklənməsini təmin etmək;Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişi əsasında anbara daxil olan mal-materialların sayılmasında, onların qeyd etdiyi stellajlara yığılmasın, təhlükəsizliyini və digər işləri görmək;Baş anbardarın və anbardarların yazdığı göndəriş sənədlərinə əsasən, yükqaldırıcı platformadan istifadə edərək malların stellajlardan təhlükəsiz şəkildə yığılması və göndəriş sənədlərinə əsasən, eyni qaydada malları stellajlardan götürmək;Sifarişçilərə mal material göndərişi zamanı malların yuxarıda qeyd edilən kimi təhlükəsizlik qaydalarına əməl edərək anbar maşınlarına yüklənməsində və malların yüklənmə vaxtı sayılmasında iştirak etmək;Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişi əsasında öz iş yerlərini təmiz və səliqəli saxlamalı, ehtiyac olarsa, mərkəzi anbarın digər ərazilərin təmizlənməsində iştirak etmək;Yüklərin avtoyükləyici ilə təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsini icra etmək;Aşkar etdiyi bütün nasazlıqlar haqqında anbar rəhbərinə məlumat vermək;İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsini həyata keçirmək.TələblərMüvafiq sahədə ən az 1 (bir) il iş təcrübəsi;Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarına dair biliklər;Avtoyükləyici ilə görüləcək iş üçün avtoyükləyicini idarə etmək hüququnu verən xüsusi sertifikat və vəsiqə arzu olunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
