Vakansiya haqqında
Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti, Aktiv və öhdəliklərin idarə edilməsi şöbəsiAktiv və öhdəliklərin idarə edilməsi şöbəsinin müdiriSon müraciət tarixi : 12 aprel 2026-cı ilVəzifə öhdəlikləri- Aktiv və öhdəliklərin durasiya uyğunluğunu təhlil edərək balansın faiz həssaslığını qiymətləndirmək və uyğunsuzluğu azaltmaq üçün analitik alətlər hazırlamaq;- Pul axını modelləri qurmaq, reinvestment riskini qiymətləndirmək və nəticələrin investisiya qərarlarında nəzərə alınması üçün təkliflər vermək;- Bazar şoklarının şirkətin maliyyə nəticələrinə təsirini ölçmək üçün ssenari və həssaslıq analizləri aparmaq;- Kapitalın mövcud istifadəsini qiymətləndirmək və biznes bölmələri üzrə daha səmərəli utilizasiyası üçün yanaşmalar hazırlamaq;- Yeni biznes və məhsullar üzrə qərarların kapitala təsirini əvvəlcədən təhlil etmək;- Bazar dəyişikliklərinin kapital mövqeyinə təsirini qiymətləndirmək və optimallaşdırma imkanlarını müəyyən etmək;- İnvestisiya portfelinin strukturunu öhdəliklərə uyğunlaşdırmaq və asset allocation üzrə təkliflər vermək;- Likvidlik mövqeyini və valyuta riskini balans səviyyəsində təhlil etmək və idarə olunmasını təmin etmək;- Reserving funksiyası ilə birlikdə öhdəliklərin pul axını və fərziyyələrini nəzərə alaraq ALM yanaşmasını tətbiq etmək;- Nəticələri rəhbərliyə təqdim etmək və qərarvermə prosesinə inteqrasiya etmək.Namizədə olan tələblərİş təcrübəsi: Maliyyə, risklərin idarə olunması, xəzinədarlıq və ya investisiya sahəsində minimum 4-5 il iş təcrübəsi tələb olunur.Təhsili: Maliyyə, iqtisadiyyat, riyaziyyat, aktuar elmləri və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.Dil bilikləri: Azərbaycan dili:sərbəst , İngilis dili:əla.Kompüter bilikləri:- Excel üzrə yüksək səviyyədə biliklər və maliyyə modelləri ilə işləmə bacarığı;- Analitik modelləşdirmə və ssenari analizləri üçün alətlərdən istifadə bacarığı;- Python, R və ya digər analitik alətlər üzrə biliklər üstünlük hesab olunur.Üstünlüklər:-IFRS 17 və ya kapital idarəedilməsi yanaşmaları ilə işləmə təcrübəsi;- Bankların xəzinədarlıq/ ALM, bazar və likvidlik risklərinin idarəedilməsi və ya investisiya sahəsində iş təcrübəsi;- CFA, FRM və ya aktuar sertifikatları.Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.Biz nə təklif edirik:Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;Ödənişsiz dayanacaq imkanının təmin olunması;“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
