Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

8-ci ANAFİLM Festivalı üçün təcrübəçilər axtarılır

BakıMənbə: Work.az

Vakansiya haqqında

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3–7 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda, Nizami Kino Mərkəzində keçiriləcək.Bu il festival komandamıza qoşulacaq 4 enerjili və təcrübəli intern axtarırıq!Əgər sən də animasiyanı sevir və bu sahədə real təcrübə qazanmaq istəyirsənsə – bizə qoşul!Təcrübəçiləri bu 4 istiqamət üzrə axtarırıq:Sosial media – kontent (story, reels, Tiktok videoları) ideyalarını hazırlamaq, onları çəkmək və sosial şəbəkələrdə paylaşmaq.Layihə menecmenti – festivalın direktoruna və layihə menecerinə administrativ işləri ilə kömək etmək.Texniki işlər – nümayişlər və tədbirlər zamanı texniki avadanlıqlara nəzarət və texniki dəstəyin göstərilməsi.Qonaq menecmenti – yerli və xarici qonaqların qarşılanması, müşayiəti və ehtiyaclarının koordinasiyası.📅 Müraciət üçün son tarix: 10 avqust🗓️ Müsahibələr: 13–15 avqust tarixlərində keçiriləcək.📢 Nəticələr: 15 avqustda sizə bildiriləcək.VACİB QEYD:3–7 sentyabr tarixlərində keçiriləcək festival günlərində hər gün saat 09:00-dan 23:00-a qədər bizimlə (fərqli məkanlarda) birlikdə olmağınızı istəyirik. Gün ərzində sizə yüngül yeməklər təqdim olunacaq.Anlayışınız üçün təşəkkür edirik və sizə uğurlar arzulayırıq!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.