Vakansiya haqqında
TəsvirAvtoyükləyicilərin (elektrik və dizel) elektrik, elektron və avtomatika sistemlərinin təmiri və texniki xidmətinin həyata keçirilməsi;Mürəkkəb elektrik nasazlıqlarının diaqnostikası və aradan qaldırılması;Elektron idarəetmə bloklarının (ECU, controller, inverter, charger) yoxlanılması və sazlanması;Sensorlar, relelər, kontaktorlar, qoruyucu və təhlükəsizlik sistemlərinin saz vəziyyətdə saxlanılması;Akkumulyator sistemləri, enerji paylanması və şarj qurğularının texniki baxışı və təmiri;Elektrik sxemləri, texniki çertyojlar və istehsalçı təlimatlarına uyğun işləmək;Planlı texniki baxış və profilaktik xidmət işlərinin icrası;Elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət edilməsi;Təmir və xidmət işləri üzrə texniki qeydlərin, aktların və hesabatların hazırlanması;Avadanlıqların düzgün istismarına nəzarət və istifadəçi heyətinə texniki dəstək göstərilməsi.TələblərBilməlidir:Avtoyükləyicilərin (elektrik və dizel) elektrik və elektron sistemlərinin quruluşunu və iş prinsipini;Güc ötürücü sistemlər, inverterlər, elektrik mühərrikləri və idarəetmə kontrollerlərinin iş prinsiplərini;Elektron idarəetmə bloklarının (ECU, PLC, controller) diaqnostika və sazlanma üsullarını;Elektrik sxemlərini, texniki çertyojları və istehsalçı (OEM) təlimatlarını oxumağı və tətbiq etməyi;Akkumulyator sistemləri (traksyon batareyaları), şarj qurğuları və enerji paylanma sxemlərini;Sensorlar, relelər, kontaktorlar, qoruyucu və təhlükəsizlik sistemlərinin funksiyalarını;Elektrik təhlükəsizliyi qaydalarını, yüksək gərginliklə işləmə tələblərini və mühafizə vasitələrinin istifadəsiniÖlçmə və diaqnostika cihazlarının (multimetr, meqaommetr, osiloskop, diaqnostik skaner) tətbiq qaydalarını;Qısaqapanma, yüklənmə, torpaqlama və sızma cərəyanları ilə bağlı riskləri və aradan qaldırma üsullarını;Yanğın təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydalarını;Texniki xidmət, təmir və sınaq işləri üzrə sənədləşmə və hesabat aparma qaydalarını.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
