Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azeri Mining Group

Satınalma üzrə kiçik mütəxəssis

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

Azeri Mining Group MMC Satınalma və Təchizat şöbəsi üçün Satınalma üzrə kiçik mütəxəssis axtarır. Vəzifə öhdəlikləri Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə olunması; Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası; Təchizatçılardan kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin daha səmərəli şəkildə optimallaşdırılması; Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi; Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması; Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması; Satınalma və logistika əməliyyatları ilə bağlı məlumatların ERP sisteminə daxil edilməsi. Namizədə dair tələblər İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; Əlaqəli sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır; Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı; İngilis dili biliyi yaxşı səviyyədə; Analitik düşüncə, detallara diqqət və ünsiyyət bacarıqları. İş şəraiti İş yeri: Xırdalan; İş qrafiki: 5 günlük, 09:00–18:00; Əmək haqqı: 500–600 AZN. Qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.