Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TED Academy

Видеоограф

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

TED Academy komandaya Videoqraf axtarır. Biz ideyaları maraqlı videokontentə çevirə bilən, yaradıcı və təşəbbüskar mütəxəssis axtarırıq. Əgər siz inkişaf etmək və komanda ilə birlikdə işləmək istəyirsinizsə, müraciətinizi gözləyirik. Əsas vəzifələr Tədris prosesinin, tədbirlərin və akademiya həyatının foto və video çəkilişinin həyata keçirilməsi; Instagram, TikTok və digər sosial şəbəkələr üçün videoçarxların hazırlanması; Video materialların montajı və işlənməsi; Qısa videolar üçün maraqlı ideyaların və ssenarilərin hazırlanması; Akademiyanın tanıdılması üçün müasir və cəlbedici kontentin yaradılması. Tələblər Peşəkar foto və video çəkilişi bacarığı; Video montaj etmək bacarığı (CapCut, Adobe Premiere Pro və ya digər proqramlar); Üslub hissi, yaradıcı yanaşma və vizual zövq; Sosial şəbəkələrdəki müasir trendləri anlamaq; Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı; Portfolionun olması üstünlük sayılır. Biz təklif edirik Mehriban və fəal komandada iş imkanı; Öz yaradıcı ideyalarınızı həyata keçirmək fürsəti; Peşəkar inkişaf imkanı; Sabit əməkdaşlıq. Ünvan Bakı Maraqlanan namizədlər öz CV və portfoliolarını “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.