Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

Elektrokar sürücüsü (reach truck)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir Yüklərin təyinatına uyğun şəkildə boşaldılması, daşınması və yerləşdirilməsi; Anbardan çıxışı təsdiqlənmiş yük və paletlərin daşıma vasitəsinə yüklənməsi; Anbara daxil olan paletli yüklərin müvafiq rəf xanalarına yerləşdirilməsi; Avtokarın təhlükəsiz və səmərəli idarə olunmasına görə məsuliyyətin daşınması; İş prosesinin düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası; Təhkim olunmuş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılması, istifadə öncəsi vizual baxışın keçirilməsi; Texnikanın istismar tələblərinə uyğun planlı nəzarətinin aparılması və təmir ehtiyaclarının müəyyən edilməsi; Aşkar edilən bütün nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat verilməsi; İş yerində əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun fəaliyyət göstərilməsi. İş şəraiti İş qrafiki: 6 gün iş, 1 gün istirahət; İş rejimi: növbəli iş qrafiki; Servis: 20 Yanvar və Koroğlu metro stansiyalarından şirkət tərəfindən servis təmin olunur; İş yeri: Abşeron Logistika Mərkəzi. Tələblər Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Avtoyükləyici texnikanı idarə etmək üçün müvafiq vəsiqə və ya sertifikatın olması mütləqdir; Komandada işləmək bacarığı; Nizam-intizamlı, məsuliyyətli və işində dəqiq olmaq. Vakansiya növü Müvəqqəti Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.