Vakansiya haqqında
Anbardar
JYSK komandası üçün məsuliyyətli, diqqətli və operativ işləyən anbardar axtarılır.
Əgər siz nizam-intizamlısınızsa, fiziki işə hazırsınızsa və komanda ilə işləməyi bacarırsınızsa, sizi komandamızda görməyə şad olarıq.
Əsas vəzifələr
TSD vasitəsilə malların qəbul edilməsi, iş prosesi üzrə təlim keçirilir
Malların sayılması və uyğunsuzluqların aşkar edilməsi
Malların düzgün və təhlükəsiz qaydada yerləşdirilməsinə nəzarət edilməsi
Malların uçotunun aparılması və yüklənməsinin həyata keçirilməsi
Anbar sahəsindən səmərəli istifadə edilməsi və məhsulların düzgün yerləşdirilməsi
Müştərilər və kuryerlər üçün sifarişlərin komplektləşdirilməsi
İnventarizasiya proseslərində iştirak edilməsi
Malların ölçüsünə, kövrəkliyinə və göndərilmə ardıcıllığına uyğun yerləşdirilməsi
Saxlanma şəraitinə nəzarət edilməsi və malların zədələnmədən qorunması
Malların təhvilə hazırlanması, bütövlüyünün və qablaşdırılmasının yoxlanılması
Anbarda nizam-intizamın və təhlükəsizliyin qorunması
Namizədə tələblər
Diqqətlilik və yüksək məsuliyyət hissi
Fiziki dözümlülük
Aktiv və operativ işləmək bacarığı
Komanda ilə işləmək bacarığı
1C üzrə başlanğıc biliklərin olması arzuolunandır
İş şəraiti
Əmək haqqı: 700–750 AZN
İş qrafiki: növbəli, 6 günlük iş həftəsi
İş yeri: Chocolate Tower, Musabəyov parkının yaxınlığı
Stabil və beynəlxalq şirkətdə inkişaf imkanı
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
JYSK komandasına qoşulun
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
