Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zəhmət Ruzi MMC (SAB)

Marketinq meneceri

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

Şirkətimizin marketinq fəaliyyətini strateji və operativ şəkildə idarə edəcək, brend mövqeyinin gücləndirilməsinə və satış hədəflərinə çatılmasına töhfə verəcək peşəkar Marketinq Meneceri axtarılır. Əsas vəzifə və öhdəliklər Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təşkili; Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlili, bazar tendensiyalarının izlənilməsi; Brend strategiyasının qurulması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması; Yeni məhsulların bazara çıxarılması üçün marketinq planlarının hazırlanması və icrası; Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması; Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi; Reklam, foto və video materialların hazırlanması prosesinin təşkili və koordinasiyası; Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi; Satış komandası ilə koordinasiyalı şəkildə çalışaraq satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin icrası; Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcə nəzarətinin təmin edilməsi; Marketinq fəaliyyətlərinin effektivliyinin uyğun göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim olunması. Namizədə dair tələblər Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlük hesab olunur; Marketinq strategiyalarının hazırlanması və praktik icrası üzrə təcrübə; Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər; Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər; Marketinq kampaniyalarının planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin təhlili bacarığı; Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı; Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı. Biz nə təklif edirik? Könüllü tibbi sığorta paketi; Nahar təminatı; Korporativ mobil nömrə; Yanacaq xərclərinin qarşılanması; Rəqabətli əməkhaqqı, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı razılaşdırılır. İş şəraiti İş yeri: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan; İş qrafiki: 09:00–18:00; İş həftəsi: 5 günlük. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.