Vakansiya haqqında
Təsvir
Yeni kiçik və orta sahibkarları banka müştəri kimi cəlb etmək;
Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satış prosesini həyata keçirmək;
Mövcud müştəri portfelini idarə etmək və bu seqmentə aid bütün növ bank məhsullarını müştərilərə təqdim etmək;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək, onları uyğun bank xidmətləri və məhsulları barədə məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyəti struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların səmərəliliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabat hazırlamaq.
Tələblər
Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsili;
Azərbaycan dilində mükəmməl səviyyə, rus və ingilis dili arzuolunandır;
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satış bacarığı;
Maliyyə hesabatlarını təhlil etmək bacarığı;
Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya haqqında
Vakansiya növü: Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
