Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Qazanxana sistemlərinin, həmçinin köməkçi mexanizmlərin, o cümlədən nasosların, mühərriklərin, soyutma avadanlıqlarının və digər qurğuların düzgün, təhlükəsiz və fasiləsiz işləməsini təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq.
Buxar təzyiqinə, su səviyyəsinə, qızdırıcı sistemlərə verilən suyun temperaturuna, manometrlərə, qoruyucu klapanlara və avtomatik cihazlara daimi nəzarət etmək, göstəricilərin normativ tələblərə uyğun saxlanmasını təmin etmək.
Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək.
Avadanlıqların iş rejiminə dair texniki göstəricilərin qeydini aparmaq, sahə üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulan jurnalları və sənədləşməni tərtib etmək.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, yanğından mühafizə normalarına, həmçinin daxili intizam qaydalarına əməl etmək.
Tələblər
Orta texniki təhsil.
Müvafiq sahə üzrə 1 ildən artıq iş təcrübəsi.
20-45 yaş aralığı.
Qazanxanaçı sertifikatı.
Yüksək texniki biliklər.
İş rejimi və şərtlər
İş yeri: Bakı.
İş rejimi: növbəli, yalnız gecə növbəsi.
Əmək haqqı: 562 AZN Gross.
Maraqlanan namizədlər öz CV-lərini və sertifikatlarının surətini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən vəzifənin adını qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
