Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sirab Satış və Dağıtım MMC

Korporativ hüquqşunas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətin gündəlik fəaliyyətinə hüquqi müşayiət göstərmək; Müqavilələri hazırlamaq, yoxlamaq və hüquqi ekspertizadan keçirmək; Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarəti təmin etmək; Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasını təşkil etmək; Əmək qanunvericiliyi üzrə hüquqi məsləhət və dəstək vermək; Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə əlaqələri idarə etmək; Məhkəmədənkənar mübahisələrin həllində şirkətin maraqlarını təmsil etmək; Debitor borcların toplanması və problemli borcların hüquqi qaydada həlli prosesinə dəstək göstərmək; Şirkətin satış, distribusiya, təchizat və kommersiya fəaliyyətindən yaranan hüquqi məsələləri tənzimləmək; Hüquqi riskləri müəyyənləşdirmək və onların qarşısının alınması üçün təkliflər hazırlamaq; Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələrini məlumatlandırmaq. Əsas tələblər Hüquq üzrə ali təhsil; Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi; Azərbaycan Respublikasının mülki, əmək, vergi və kommersiya qanunvericiliyini yaxşı bilmək; Müqavilə hüququ və korporativ hüquq sahəsində praktiki təcrübə; Məhkəmə proseslərində iştirak və hüquqi sənədlərin hazırlanması təcrübəsi; Analitik düşünmə, problem həll etmə və danışıqlar aparmaq bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; Rus və ingilis dili bilikləri üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı. İş vaxtının norması 09:00-17:00 / 5 günlük iş həftəsi; İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər Nahar şirkət tərəfindən təmin edilir; Korporativ telefon nömrəsi və danışıq paketi; Yanacaq. İş yeri Xırdalan, Bakı-Quba şosesinin şərqi 18 A. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız vakansiya tələblərinə uyğun olan seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.