Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Premium Bank

Xəzinədar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

“Premium Bank” ASC Bakı üzrə Xəzinədar vakansiyasını təqdim edir. İşin təsviri Müştərilərlə mədaxil və məxaric əməliyyatlarının həyata keçirilməsi; Valyuta mübadiləsi əməliyyatlarının icrası; Əməliyyatların bank proqramında real vaxt rejimində qeyd edilməsi; Hazır plastik kartların saxlanılması və müştərilərə təqdim olunması; Pulların sayılması, formalaşdırılması və çeşidlənməsi; Qiymətli kağızların, digər qiymətlilərin, ştampların, plombların və bank sənədlərinin təhlükəsiz saxlanılması; Lazım olduqda xəzinə açarının və parolunun qorunub saxlanılması; Günün əvvəlində və sonunda xəzinə qalıqlarının uçot üzrə uyğunluğunun yoxlanılması; Günün sonunda xəzinə kitabının doldurulması və digər arayışların hazırlanması; Xəzinə limitlərinə nəzarət edilməsi və inkassasiya işinin təşkili; Bank sənədlərinin tamlığının qorunması və vaxtı çatdıqda arxivə təhvil verilməsi. Namizədə dair tələblər Yüksək ünsiyyət bacarığı; Komandada işləmək bacarığı və təzyiq altında işləməyə davamlılıq; Nağd pul əməliyyatları və xəzinə uçotu üzrə biliklər; Ali təhsil və bank sahəsində təcrübə; Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür. Müraciət qaydası Tələblərə uyğun namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Xəzinədar” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.