Vakansiya haqqında
Veb saytlar və veb tətbiqlərin hazırlanması üçün komandamıza Full-stack Developer axtarırıq. Bu rolda layihələrin texniki icrasını sıfırdan son mərhələyədək idarə edəcəksiniz. Dizayn maketlərini işlək veb səhifələrə çevirəcək, backend hissəni hazırlayacaq, test prosesini həyata keçirəcək və layihənin istifadəyə verilməsini təmin edəcəksiniz.
Əsas vəzifələr
Next.js və React istifadə edərək kompüter, planşet və mobil cihazlara uyğun veb saytlar və veb tətbiqlər hazırlamaq.
Backend funksionallığı və API-ləri inkişaf etdirmək, verilənlər bazası və xarici xidmətlərlə inteqrasiyaları qurmaq.
Layihəni test etmək, serverdə yerləşdirmək və istifadəyə verildikdən sonra yarana bilən texniki xətaları aradan qaldırmaq.
Mövcud veb saytların sürətini və istifadə rahatlığını artırmaq.
Əsas tələblər
Veb layihələrin həm frontend, həm də backend hissəsini müstəqil hazırlamaq üzrə praktiki təcrübə.
HTML, CSS və JavaScript üzrə güclü biliklər.
Next.js və React ilə veb layihələr hazırlamaq təcrübəsi.
REST API, verilənlər bazası və Git ilə işləmək bacarığı.
Veb layihələri serverdə və ya bulud platformasında yerləşdirmək və istifadəyə vermək təcrübəsi.
Üstünlük hesab olunur
TypeScript ilə layihə təcrübəsi.
Python və Django ilə backend proqramlaşdırma təcrübəsi.
React Native ilə mobil tətbiqlərin hazırlanması təcrübəsi.
CMS inteqrasiyası və kontent idarəetməsi üçün admin panellərinin hazırlanması.
Texniki SEO və veb saytların performansının optimallaşdırılması.
Docker, CI/CD və avtomatlaşdırılmış testlər üzrə təcrübə.
Müraciət qaydası
CV-nizi və portfolionuzu Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına “Full-stack Developer” mövzusu ilə göndərin. Portfolionuzda hazırladığınız layihələrin keçidlərini və hər layihədə hansı hissələrə cavabdeh olduğunuzu qısa şəkildə qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
