Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Keyfiyyətə nəzarət üzrə mütəxssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Şirkət: Azərsun Holdinq MMC - istehsalat müəssisələri Tələblər Ali təhsil: Mexanika, Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi və ya oxşar ixtisaslar. Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində minimum 2 il iş təcrübəsi. MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı. Keyfiyyət göstəricilərini yoxlamaq və uyğunsuzluqları müəyyən etmək bacarığı. Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti. Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər. İngilis və rus dili bilikləri üstünlük hesab olunur. Vəzifə öhdəlikləri İş təlimatlarına əsasən laborator və istehsalat nəzarət analizlərini yerinə yetirmək. Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək. İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək. Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici, önləyici tədbirlərin həyata keçirilməsini təmin etmək. Hazır məhsulun, yarımfabrikatın, xammalın, qablaşdırma materiallarının və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq. İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək. Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeyd etmək. Aparılan yoxlamalar, analizlər və aşkar edilən uyğunsuzluqlarla bağlı müvafiq hesabat və qeydləri hazırlamaq. Növbə ərzində görülən yoxlamalar və əldə olunan nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək. İş yeri Bakı Qida və Yağ Fabriki MMC Azərsun Kağız və Karton İstehsalat Korporasiyası Azərbaycan Duz İstehsalat Birliyi MMC İş şəraiti İş qrafiki: növbəli, 3 növbə Nəqliyyat dəstəyi mövcuddur Nahar şirkət tərəfindən təmin olunur Tələblərə uyğun olduğunuz halda CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Email mövzusunda “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.