Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azza Gastronom

Logistika üzrə mütəxəssis

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkələrindən biri olan “AZZA” QSC “Logistika üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri Avropa, Şri-Lanka, Rusiya Federasiyası, Belarus Respublikası və Gürcüstandan konsolidə edilmiş (qismən) və tam yüklü (tam konteyner) daşımaların təşkili. Malların təchizatçının anbarından şirkətin anbarına çatdırılması prosesinə tam nəzarət edilməsi. Daşınma zamanı ortaya çıxan məsələlərin operativ şəkildə həll olunması. Nəqliyyat və logistika sənədlərinin dəqiqliyini və tamlığını təmin etmək üçün onların yoxlanılması, müqayisə edilməsi və əlaqələndirilməsi. Müxtəlif mənbələrdən əldə olunan məlumatların Excel cədvəllərinə daxil edilməsi, həmçinin daxil edilmiş məlumatların və hesablamaların düzgünlüyünün yoxlanılması. Logistika əməliyyatları ilə bağlı maliyyə sənədlərinin nəzərdən keçirilməsində iştirak etmək. Rəqabətli qiymətlərin əldə olunması və sərfəli marşrutların müəyyənləşdirilməsi. Tələblər Yaş: 24–35 Ali və ya tam orta təhsil. Avropadan LTL (qismən yük) və FTL (tam yük) daşımaları sahəsində azı 1,5 il iş təcrübəsi. Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək. Microsoft Excel və Word proqramlarında yüksək səviyyədə işləmək bacarığı. Detallara diqqət, dəqiqlik və güclü təşkilatçılıq qabiliyyəti. Komanda daxilində effektiv işləmək və eyni vaxtda bir neçə tapşırığı idarə etmək bacarığı. Şirkət təklif edir Rəsmi qeydiyyat. Nahar yeməyi. İş yeri: Xırdalan. Müraciət qaydası Maraqlanan namizədlərdən CV-lərini fotoşəkillə birlikdə “Logistika üzrə mütəxəssis” vakansiyasının adını mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız göstərilən tələblərə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcəklər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.