Vakansiya haqqında
Krispy Kreme 1937-ci ildən bəri milyonlarla insanın sevdiyi donut brendidir. Şirkət dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərir və artıq Azərbaycan bazarına da daxil olur.
Qlobal brendin bir parçası olmaq və bu uğur yolunda bizimlə irəliləmək istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.
Niyə Krispy Kreme?
Qlobal mədəniyyətimiz Leadership Mix ilə ifadə olunur. Bu yanaşma dünyada bir-birimizlə necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış prinsiplərini əhatə edir.
Hər bir əməkdaş öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər gördüyünü və sevildiyini hiss etdikdə, özünü sərbəst ifadə edə bilir və yaradıcı potensialını inkişaf etdirir.
Krispy Kreme-də sevinc paylaşmaq işimizin mərkəzində dayanır və biz bunu icmalarımızda da ilhamlandırmağa çalışırıq.
İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi
Namizədə olan tələblər
Ali təhsil;
Azərbaycan dili mükəmməl səviyyədə, ingilis və rus dilləri arzuolunandır;
FMCG və ya pərakəndə satış sahəsində minimum 4 il iş təcrübəsi;
Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
Əsas retail KPI göstəricilərini anlama və təhlil etmə bacarığı;
Liderlik keyfiyyəti və komanda idarəetmə bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və karyera qurmaq istəyi;
Problem həll etmə və qərarvermə bacarığı;
Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Hesabat və təhlil bacarıqları;
MS Office proqramlarında yaxşı bilik, ERP sistemlərində (1C, İİKO) işləmək bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri
Mağaza müdiri ilə birlikdə biznes planının məqsədlərinə çatmaq və gəlirliliyin artırılmasına dəstək vermək;
Mağazada fasiləsiz və səmərəli fəaliyyətin təmin olunması üçün növbələri idarə etmək;
Lokal təkliflərdə iştirak etmək, menyunun təkmilləşdirilməsinə töhfə vermək və aksiyalar təşkil etmək;
Qonaq məmnuniyyətinin yüksək səviyyədə saxlanmasına nəzarət etmək;
Qonaqların tələbatlarını qarşılamaq üçün xidmət standartlarının tətbiq olunmasını təmin etmək;
Qonaq şikayətlərini təhlil etmək və aradan qaldırılması üçün uyğun prosedurları həyata keçirmək;
Komandada yüksək xidmət mədəniyyəti formalaşdırmaq;
Mağazada satışların və məhsuldarlığın maksimum artırılmasını təmin etmək;
KPI göstəricilərinə nəzarət etmək: satış planı, orta çek, dövriyyə;
Satışların artırılması üçün tədbirləri planlaşdırmaq və tətbiq etmək;
Mağaza daxilində maliyyə əməliyyatlarının icrasına dəstək vermək;
Satışlar və mağazanın KPI göstəriciləri üzrə hesabatlar hazırlamaq;
Qida təhlükəsizliyi və əməkdaş sağlamlığı prosedurlarına əməl olunmasına nəzarət etmək;
Məhsullar və cari kampaniyalar barədə komandanın məlumatlı olmasını təmin etmək;
Şirkət və Krispy Kreme brend standartlarına riayət olunmasına nəzarət etmək;
Xarici görünüş və sanitariya standartlarına əməl olunmasına nəzarət etmək;
Mağazada nizam-intizamı qorumaq və iş proseslərinin səmərəli təşkilini təmin etmək.
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş rejimi: 5 günlük, növbəli qrafik;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Təlim və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mağaza Meneceri - Retail” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
