Vakansiya haqqında
Krispy Kreme 1937-ci ildən bəri milyonlarla insanın sevdiyi donut markasıdır. Müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarında da yer alır.
Qlobal brendin bir hissəsi olmaq və onun uğur yolunda komandamızla birlikdə irəliləmək istəyirsinizsə, sizi kollektivimizdə görməkdən məmnun olarıq.
İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi
Namizədə tələblər
Azərbaycan dili üzrə yüksək səviyyə;
Qida istehsalı sahəsində iş təcrübəsi arzuolunandır;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
Yeni bilik və bacarıqları öyrənmək istəyinin olması;
Karyera qurmaq və inkişaf etmək arzusu.
Əsas vəzifələr
Donut hazırlanması üçün xəmirin, qlazurun, kremin və müxtəlif içliklərin hazırlanmasında iştirak etmək;
Reseptlərə və müəyyən edilmiş istehsal standartlarına uyğun şəkildə xammalı ölçmək və çəkmək;
İstehsal prosesini müəyyən olunmuş qrafikə əsasən həyata keçirmək;
Mayalanma kamerası, fritöz və digər istehsalat avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək;
Hazır məhsulların görünüşünü, keyfiyyətini və standartlara uyğunluğunu yoxlamaq;
Lazım olduqda məhsulların qablaşdırılmasında iştirak etmək;
Xammaldan səmərəli istifadə etmək və istehsalat tullantılarını minimuma endirmək;
İstehsal göstəricilərini qeyd etmək və xammal ehtiyatlarının vaxtında tamamlanmasına dəstək vermək;
Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək, bu barədə rəhbərliyə məlumat vermək və texniki xidmət prosesinə dəstək göstərmək;
İş yerində təmizliyi qorumaq, sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək.
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş rejimi: 5 günlük, növbəli iş qrafiki;
Saatlıq əmək haqqı;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Briqada üzvü-bişirici” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
