Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Business Service Centre LTD

Satış müdiri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Yeni korporativ müştərilərin cəlb olunması və mövcud satış imkanlarının artırılması üçün təcrübəli Satış Müdiri axtarılır. Əsas vəzifə və öhdəliklər Müəssisənin satış strategiyasını hazırlamaq və onun icrasını təmin etmək; Yeni korporativ müştəriləri və biznes tərəfdaşlarını cəlb etmək; İstehsalat, sənaye, tikinti və digər biznes sahələrində müştəri əlaqələrini inkişaf etdirmək; B2B satış kanallarını genişləndirmək; Potensial müştərilərlə danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq; Satış planlarını və gəlir hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək; Müştəri portfelini formalaşdırmaq və uzunmüddətli əməkdaşlıqlar qurmaq; Satış komandasını idarə etmək və fəaliyyətini qiymətləndirmək; Bazarın, rəqiblərin və müştəri tələbatının təhlilini aparmaq. Namizədə tələblər Satış sahəsində ən azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 2 il təcrübə; İstehsalat, sənaye, tikinti və ya korporativ satış istiqamətində təcrübə; Tikinti müəssisələri, iri şirkətlər və korporativ müştərilərlə formalaşmış işgüzar əlaqələrin olması; Yeni müştərilərin cəlb edilməsi və satış kanallarının qurulması bacarığı; Danışıqlar aparmaq və kommersiya şərtlərini razılaşdırmaq bacarığı; Satış komandasını idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq qabiliyyəti; Analitik düşüncə və nəticəyə yönümlülük. Biz nə təklif edirik? Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi; İdarəetmə və qərarvermə səlahiyyəti; Peşəkar inkişaf və karyera imkanları; İnkişaf potensialı olan istehsalat müəssisəsində rəhbər vəzifə. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Müdiri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına təqdim edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.