Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Camal LTD

Baş mexanik

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

CAMAL LTD şirkəti dondurma istehsalı zavodunda mexaniki avadanlıqların fasiləsiz və səmərəli işləməsini təmin edəcək təcrübəli Baş Mexanik axtarır. Vəzifə öhdəlikləri Dondurma istehsalı zavodunda istifadə edilən mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz istismarını təmin etmək; Dondurma istehsalı, qarışdırma, homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətinə nəzarət etmək; Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların, reduktorların və digər mexaniki avadanlıqların texniki vəziyyətini izləmək; İstehsalat avadanlıqlarının planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək; Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək, operativ müdaxilə etmək və istehsalatda dayanma hallarını minimuma endirmək; İstehsalat avadanlıqlarının texniki xidmət və təmir qrafiklərini hazırlamaq və onların icrasını izləmək; Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, onların uçotunu aparmaq və səmərəli istifadəsini təmin etmək; Mexaniki avadanlıqların istismar müddətinin uzadılması və təmir xərclərinin optimallaşdırılması üçün tədbirlər görmək; İstehsalat avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; Texniki sənədləşməni, təmir hesabatlarını və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq; Namizədə tələblər Mexanika mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil; Müvafiq sahədə 7–10 il iş təcrübəsi; Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalı sahəsində təcrübə üstünlükdür; İstehsalat xətləri, soyutma sistemləri, kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər; Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə təcrübə; AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir; Rus və ingilis dillərini bilmək üstünlükdür; Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı. İş şəraiti Ünvan: Bakı İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü Mobil nömrə ilə təminat Nahar şirkət tərəfindən qarşılanır; Əmək haqqı: 3 500 AZN (razılaşma yolu ilə). Müraciət qaydası Namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş Mexanik” qeyd edilməlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.