Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AZEX Trucking

Recruiter

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İngilis, rus və Azərbaycan dillərində sərbəst danışırsınız? Gecə növbələrində ABŞ bazarında işləməyə hazırsınızsa, bizimlə əlaqə saxlayın. AZEX Trucking Bakı ofisində komandamıza qoşulmaq üçün təşəbbüskar və nəticəyönümlü Recruiter axtarır. Bu, beynəlxalq trucking sahəsində Owner Operators və Professional Drivers üzrə işə qəbul fokuslu, ofisdə icra olunan HR vəzifəsidir. Əsas məlumatlar Yerləşmə: Bakı, Azərbaycan (ofis əsaslı) Əmək haqqı: 700–800 AZN + performansa əsaslanan bonuslar Sahə: Beynəlxalq logistika / ABŞ trucking Vəzifə öhdəlikləri Cəlbetmə və işə qəbul: Truck sahiblərini (Owner Operators) və peşəkar sürücüləri müəyyən etmək və işə cəlb etmək. Namizəd axtarışı: Sosial şəbəkələr, onlayn platformalar və peşəkar şəbəkələr vasitəsilə namizədləri tapmaq. İlkin seçim: İlkin müsahibələri aparmaq və əməkdaşlıq şərtlərini razılaşdırmaq. Onboarding: İşə qəbul prosesinə nəzarət etmək və yeni işçilərlə əlaqəni saxlamaq. Performans izlənməsi: Sürücü performansını izləmək və KPI göstəricilərinə nəzarət etmək. Strategiya: Yeni namizəd cəlbetmə kanalları inkişaf etdirmək və mütəmadi hesabatlar təqdim etmək. Tələblər İşə qəbul, satış və ya müştəri cəlbi sahəsində əvvəlki təcrübə arzuolunandır. Logistika və ya trucking üzrə işə qəbul təcrübəsi böyük üstünlükdür. Dillər: İngilis, rus və Azərbaycan dillərində sərbəst danışıq mütləqdir, özbək dili üstünlük sayılır. Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı. Cold calling və lead generation təcrübəsi. Müstəqil işləmək və performans hədəflərinə çatmaq bacarığı. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini “Apply for job” düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.