Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Material, xammal, ehtiyat hissələri və avadanlıqlara olan tələbatın planlaşdırılması və təhlili;
Qısa, orta və uzunmüddətli təchizat planlarının hazırlanması və mütəmadi yenilənməsi;
SAP ERP sistemində satınalma tələblərinin (Purchase Requisition) yaradılması və idarə olunması;
Anbar ehtiyatlarının izlənilməsi və optimal ehtiyat səviyyəsinin saxlanılmasının təmin edilməsi;
Struktur bölmələrlə əlaqəli şəkildə material tələbatı və çatdırılma müddətlərinin koordinasiyası;
Təchizatçı sifarişlərinin icrasına və çatdırılma prosesinə nəzarət edilməsi;
Material sərfiyyatının analizi və gələcək tələbatın proqnozlaşdırılması;
Satınalma, ehtiyatlar və planlaşdırma üzrə hesabatların hazırlanması;
Təchizat və ehtiyatların idarə olunması proseslərinin təkmilləşdirilməsində iştirak;
SAP sistemində məlumatların dəqiqliyinə nəzarət edilməsi.
Tələblər
Müvafiq mühəndislik ixtisası üzrə ali təhsil mütləqdir;
Təchizat, satınalma və ya planlaşdırma sahəsində ən azı 5 il iş təcrübəsi;
Ehtiyatların idarə olunması və tələbat planlaşdırılması üzrə biliklər;
MS Excel proqramını yüksək səviyyədə bilmək, PowerPoint biliyi üstünlük sayılır;
SAP ERP ilə, xüsusilə SAP MM və MRP modulları ilə işləmə bacarığı üstünlükdür;
Analitik düşüncə və hesabat hazırlama qabiliyyəti;
İngilis və rus dillərini texniki sənədlərlə və təchizatçılarla işləyə biləcək səviyyədə bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
Analitik yanaşma;
Planlaşdırma və təşkilatçılıq bacarığı;
Detallara diqqətlilik;
Böyük həcmdə məlumatlarla işləmək bacarığı;
Komandada işləmə və effektiv ünsiyyət bacarığı;
Məsuliyyətlilik və nəticəyönümlülük.
Vakansiya barədə
Tam ştat.
İmtiyazlar
Nahar təminatı;
Rəqabətli əmək haqqı.
Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
