Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Camal LTD

Rekruter

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Namizədlərin axtarışı və müsahibələrin aparılması; İş elanlarının hazırlanması və paylaşılmasına dəstək göstərilməsi; Aktiv namizəd axtarışının həyata keçirilməsi (platformalar, tövsiyələr, sosial media); Daxil olan CV-lərin ilkin seçimi və müsahibəyə dəvət olunacaq namizədlərin müəyyənləşdirilməsi; İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi. Müsahibələrin planlaşdırılması və koordinasiya Struktur rəhbərləri ilə müsahibələrin təşkili; Namizədlərə təsdiq mesajlarının göndərilməsi; Namizədlərlə yazışmaların və zənglərin təşkil edilməsi. Proseslərin və layihələrin idarə olunması Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkilində və icrasında iştirak; Təcrübə proqramları və karyera sərgilərində iştirak; Sınaq müddətlərinin izlənməsi və təlimlərin təşkili; Yeni işə qəbul olunan əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərinin planlaşdırılması, təşkili və keçirilməsi; Yeni əməkdaşların sınaq müddəti ərzində fəaliyyətinin izlənməsi, struktur rəhbərləri ilə koordinasiyada qiymətləndirmə rəylərinin toplanması və təhlili; Sınaq müddətinin nəticələrinə əsasən əməkdaşın işə davamı, sınaq müddətinin uzadılması və ya əmək münasibətlərinin davam etdirilməməsi ilə bağlı prosesin tamamlanması. Tələblər Ali təhsil; Müvafiq vəzifədə 5 ildən artıq iş təcrübəsi; Yaş həddi: 30-45; Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər; MS Office proqramları, xüsusilə Word və Excel üzrə baza bilikləri; İnkişafa yönümlü olmaq, komandada və dinamik iş mühitində işləmək bacarığı; Effektiv ünsiyyət, təhliletmə və vaxtı düzgün idarəetmə bacarığı; Planlama və prioritetləri müəyyənləşdirmə bacarığı. Şəxsi keyfiyyətlər Stressə davamlılıq; Məsuliyyətlilik və dəqiqlik; Analitik düşüncə. İş şəraiti İş qrafiki: 6 günlük; Əmək haqqı: namizədin təcrübəsi və bilik bacarığına uyğun, 1800 AZN; Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir; Ünvan: Bakı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.