Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Evolead Xaricdə Təhsil Şirkəti

Avropada təhsil üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Evolead Xaricdə Təhsil Şirkəti Avropa ölkələri üzrə xaricdə təhsil sahəsində təcrübəli və peşəkar mütəxəssis axtarır. Vakansiya üzrə əsas tələblər Avropa ölkələrinin ali təhsil sistemi və universitetə qəbul prosedurları barədə bilik. Avropa universitetlərini sıfırdan araşdırmaq, qəbul şərtlərini, təhsil haqlarını və təqaüd imkanlarını təhlil etmək. Yeni universitetləri müəyyənləşdirmək və universitetlərlə əməkdaşlıq əlaqələri qurmaq. Universitet nümayəndələri ilə ingilis dilində onlayn və əyani görüşlər təşkil etmək, danışıqlar aparmaq. Universitetlərlə partnyorluq müqavilələrinin bağlanması prosesini idarə etmək. Güclü satış və müştəriyönümlü ünsiyyət bacarıqlarına sahib olmaq. Tələbələr üçün uyğun universitet və proqramları müəyyən etmək, müraciətləri satışa çevirmək. İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı mütləqdir. Avropa üzrə xaricdə təhsil sahəsində iş təcrübəsi üstünlük hesab olunur. İş şəraiti İş qrafiki: həftədə 6 gün. İş saatları: 10:00–19:00. İş yeri: Bakı şəhəri, Nizami metrosu. Əməkhaqqı: namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən edilir. Bonus sistemi mövcuddur, hər uğurlu satış üzrə əlavə bonus verilir. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə +994998090307

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.