Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TuranBank ASC

Middle DevOps engineer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: Bank üzrə CI/CD proseslərinin sıfırdan hazırlanması və idarə olunması; Development, Test, UAT və Production mühitləri üçün avtomatlaşdırılmış deployment axınlarının qurulması; DevOps proseslərinin vahid standartlara uyğunlaşdırılması və avtomatlaşdırılması; Docker, Kubernetes və Infrastructure as Code həllərinin tətbiqi; Monitoring, Logging və Alerting sistemlərinin yaradılması; DevSecOps yanaşmasının CI/CD proseslərinə inteqrasiya edilməsi; Secrets Management, vulnerability scanning və təhlükəsiz deployment mexanizmlərinin təşkili; Production mühitlərinin dayanıqlığı, yüksək əlçatanlığı və performans göstəricilərinin təmin edilməsi; Backup, Disaster Recovery və rollback mexanizmlərinin qurulması; Development, QA, IT Infrastructure və Information Security komandaları ilə koordinasiyanın həyata keçirilməsi. Namizədə tələblər: Ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.); DevOps sahəsində minimum 2 il praktiki iş təcrübəsi; Git və versiya idarəetmə sistemləri ilə praktiki təcrübə; CI/CD prosesləri və onların qurulması üzrə praktiki bilik; Jenkins, GitLab CI/CD və ya oxşar alətlərlə iş təcrübəsi; Docker ilə praktiki iş təcrübəsi; Proqram təminatının Development, Test, UAT və Production mühitlərinə yerləşdirilməsi prosesləri barədə praktiki anlayış; Build, deployment və release proseslərinin avtomatlaşdırılması üzrə təcrübə; Bash və ya digər skript dilləri üzrə baza səviyyəsində bilik; Linux əməliyyat sistemi üzrə bilik; Monitoring və logging prinsipləri barədə anlayış; Proqram təminatının hazırlanması və istifadəyə verilməsi həyat dövrü (SDLC) haqqında bilik; Proqramlaşdırma komandası ilə birlikdə işləmək və texniki məsələləri həll etmək bacarığı; Analitik düşüncə və problem həll etmə qabiliyyəti. Üstünlük verilir: Kubernetes ilə iş təcrübəsi; Terraform və ya digər Infrastructure as Code (IaC) alətləri ilə tanışlıq; Java, C# və ya digər proqramlaşdırma dilləri ilə hazırlanmış tətbiqlərin build və deployment prosesləri üzrə təcrübə; Monitoring və logging alətləri ilə praktiki iş təcrübəsi; Bank və ya digər kritik informasiya sistemlərində DevOps təcrübəsi. Vakansiyaya Müraciət et düyməsində göstərilən linkə daxil olaraq TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.