Vakansiya haqqında
Şirkət: “Arena Plaza” MMC
Vəzifə öhdəlikləri:
Obyektdə təhlükəsizlik qaydalarına və ümumi intizama nəzarət edilməsi;
Binaya daxil olan şəxslərin turniketdən keçməsinə və qonaqların qeydiyyatdan sonra girişinə nəzarət etmək;
Şübhəli vəziyyətləri müşahidə etmək və bu barədə operativ məlumat vermək;
Binada alarm siqnalı işə düşdükdə növbə rəisini xəbərdar etmək, yanğın panelində göstərilən göstəriciyə əsasən mərtəbəni yoxlamaq;
Ərazinin girişində yerləşən nəzarət-buraxılış məntəqəsində siyahıya uyğun olaraq əraziyə daxil olan avtomobillərə nəzarət etmək;
Namizədə tələblər:
Yaş həddi: 21-40 aralığı;
Hərbi xidmətini başa vurmuş olmalıdır;
Məhkumluğu olmamalıdır;
Nizam-intizamlı və məsuliyyətli olmalıdır.
İş şəraiti
İş qrafiki: növbəli iş rejimi;
İş yeri: Koroğlu m/s yaxınlığı (Arena Plaza)
Göstərilən tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və ya +994 55 123 45 61 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
