Vakansiya haqqında
“Kaspi Liseyi” Bakı üzrə Usta vakansiyası üzrə müraciət qəbul edir.
Minimum vakansiya tələbləri:
Orta təhsil;
Sahə üzrə azı 1 il iş təcrübəsi;
Azərbaycan dilində orta səviyyədə danışıq və yazı bacarığı;
Sağlamlıq və əməyin mühafizəsi qaydaları üzrə biliklər arzuolunandır;
İstifadəsinə verilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;
Fiziki güc və sağlamlıq;
Səbrli, düzgün və məsuliyyətli olmaq.
Vəzifə öhdəlikləri:
Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə istifadə etmək, onları zədələnmədən qorumaq;
Təhkim olunmuş iş yerini daim səliqəli saxlamaq;
Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsini həyata keçirmək;
Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmirini yerinə yetirmək;
Liseyin bina və ərazilərində təmir və bərpa işləri aparmaq;
Vəzifələri icra edərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək;
İşin xarakterinə uyğun olaraq qoruyucu geyim və vasitələrdən istifadə etmək;
Alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə yararlanmaq;
İş bitdikdən sonra istifadə edilən material və avadanlıqları səliqəli şəkildə yerinə qoymaq;
Yaranan və ya yarana biləcək çətinlikləri vaxtında tam aradan qaldırmaq, ehtiyac olduqda birbaşa rəhbəri məlumatlandırmaq;
Tapşırılan digər müvafiq işləri icra etmək.
Müraciət qaydası:
Maraqlanan namizədlər www.kaspi.edu.az saytının Karyera bölməsində yerləşdirilən İşə müraciət formasını dolduraraq və ya “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər: https://www.kaspi.edu.az/career/
Yalnız ilkin baxışdan uğurla keçən müraciət sahibləri ilə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
