Vakansiya haqqında
Əsas vəzifələr
Beynəlxalq logistika xidmətləri üzrə fəal B2B satışın həyata keçirilməsi
Yeni müştərilərin soyuq zənglər və digər satış kanalları vasitəsilə cəlb edilməsi
Müştərilərlə danışıqlar aparmaq və satış prosesini yekunlaşdırmaq
Gündəlik satış fəaliyyətini izləmək və müştəri münasibətlərini idarə etmək
Aylıq minimum satış göstəricilərinin yerinə yetirilməsi
Müştəri məlumatlarının düzgün və dəqiq qeyd olunması
Instagram və digər sosial media platformaları üçün video kontentlərdə iştirak etmək, kamera qarşısında sərbəst ünsiyyət qurmaq
Tələblər
Beynəlxalq logistika və ya B2B satış sahəsində minimum 2 il iş təcrübəsi
Aktiv satış və hədəf yönümlü iş təcrübəsi
Azərbaycan dili sərbəst, rus dili biliyi üstünlük hesab olunur
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
Rədd cavabları ilə işləmək və davamlı olmaq bacarığı
Nəticəyə fokuslanan və intizamlı yanaşma
Yüksək tempdə və nəticə əsaslı satış mühitində işləyə bilmək
Biz nə təklif edirik
Sabit əməkhaqqı və nəticəyə bağlı bonus, qazanc limiti olmadan
Həftədə 5 iş günü
Nahar yeməyi təmin edilir
Satış sisteminin qurulmasında iştirak və inkişaf imkanı
Korporativ nömrə və iş telefonu
Ünvan: Bakı şəhəri, Bəsti Bağırova 12, Məryəm Plaza
Maraqlanan namizədlər CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
