Vakansiya haqqında
Tələblər
İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli istiqamətlər üzrə ali təhsil;
Data idarəetməsi (Data Governance), data keyfiyyəti (Data Quality), data menecmenti (Data Management) və ya yaxın sahədə iş təcrübəsi;
Məlumatların idarə olunması prinsipləri, data keyfiyyəti və metadata anlayışları üzrə biliklər;
SQL ilə məlumatların yoxlanması və təhlili üçün kifayət qədər biliklər;
Məlumat modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) barədə anlayış;
Analitik düşüncə, problemlərin həlli və proseslərin təhlili bacarığı;
Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq qabiliyyəti;
İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
Üstünlük verilir
Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
Data idarəetməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak təcrübəsi;
DAMA-DMBOK çərçivəsi və ya digər data menecment metodologiyaları haqqında biliklər;
Data Governance alətləri barədə biliklər;
Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə praktiki təcrübə.
Öhdəliklər
Bank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq metodologiyaların tətbiqində iştirak etmək;
Məlumat keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyən olunması;
Məlumat sahibliyi (Data Ownership) və idarəetmə üzrə məsuliyyətlərin müəyyənləşdirilməsi və koordinasiyası;
Bankın məlumat lüğətinin (Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması və təkmilləşdirilməsi;
Məlumatların mənbədən istifadəçiyə qədər hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsinə dair fəaliyyətlərdə iştirak;
Məlumat keyfiyyəti ilə bağlı problemlərin aşkarlanması, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin əlaqələndirilməsi;
Məlumatların təsnifatı, istifadəsi və idarə olunması üzrə daxili qayda və standartların hazırlanmasında iştirak;
Müvafiq bölmələrlə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinə nəzarətin təmin olunması.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
