Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TuranBank ASC

Data mühəndisliyi üzrə aparıcı mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması; Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin hazırlanması, layihələndirilməsi və optimallaşdırılması; Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi; Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin yaradılması; Data Pipeline proseslərinin etibarlılığının, davamlılığının və performansının təmin edilməsi; Məlumat keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması; Digər bölmələrlə əməkdaşlıq edərək analitik tələblərin texniki həllərlə qarşılanması; Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak. Namizədə dair tələblər Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil; SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər; Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı; ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə; Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər; Relyasiyalı verilənlər bazalarının strukturu və bu strukturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər; Məlumat keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər; Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı; İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində. Üstünlük verilir Bank və ya maliyyə sektorunda iş təcrübəsi; Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər; Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi. Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.