Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Clima Service

Təcrübəçi mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Ünvan: Bakı Təcrübə müddəti: 3 ay, ödənişsiz Təcrübə sonunda: sertifikat təqdim olunur Təcrübə proqramı haqqında “Clima Service Baku” MMC-nin mühasibat şöbəsinə təcrübəçi mühasib tələb olunur. Seçilən namizəd 3 ay ərzində şirkətin mühasibi ilə birlikdə real iş mühitində fəaliyyət göstərəcək və mühasibat işlərini praktik şəkildə öyrənəcək. Vəzifə öhdəlikləri Gündəlik işlərdə mühasibə dəstək göstərmək İlkin mühasibat sənədlərini, o cümlədən qaimə, akt və hesab-fakturanı qəbul etmək, yoxlamaq və qeydiyyata almaq Sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsində iştirak etmək Ödəniş və hesablaşmaların izlənməsinə kömək etmək Excel-də hesabat və cədvəllərin hazırlanmasına dəstək vermək Namizədə tələblər MS Office proqramlarını, xüsusilə Excel-i bilmək Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə təhsili olan və ya maliyyə biliklərinə malik gənclərə üstünlük verilir Təklif edirik Real iş mühitində praktiki təcrübə Təcrübəli mühasibin rəhbərliyi altında öyrənmək imkanı Təcrübə sonunda sertifikat Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Təcrübəçi mühasib” yazılması xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.